Arif Hacılı iddiasını açıqladı

30-09-2019 [15:14]
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən partiya başqanlığına namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb: 

"Müsavat Partiyası başqanlığına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəyəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir. Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV-lər vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq". 

Qeyd edək ki, Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək qurultayında sədr olmaq üçün Tofiq Yaqublu və Yadigar Sadıqlı da namizədliklərini irəli sürüblər.


SON XƏBƏRLƏR