İlham Əliyev, Putin və Ruhaninin birgə görüşü üçün danışıqlar aparılır

30-09-2019 [13:47]

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün baş tutması üçün hər 3 ölkənin məsul şəxsləri tərəfindən iş aparılır. 

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, hələlik prezidentlərin görüşünün dəqiq vaxtı müəyyənləşməyib.

"Lakin hazırda bu sahədə işlər görülür”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb/APA



SON XƏBƏRLƏR