Xızıda polisi tapança ilə hədələyən şəxsdən narkotik də çıxdı

30-09-2019 [12:49]
Xızı rayonunda tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə tutulan şəxsdə narkotik aşkarlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Makarov” markalı tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə saxlanılan A.Ağayevin evinin həyətindən 540 qram marixuana aşkar edilərək götürülüb.


SON XƏBƏRLƏR