Abşeron Rayon İcra Hakimiyyəti ilə "Azərxalça"da rəsmi yoxlama - Qərar

img

30-09-2019 [12:00]


Hesablama Palatasında kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadla xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- "Azərxalça” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası və dövlət əmlakından istifadəyə dair;

- Abşeron Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat fondlarından ayrılmış vəsaitlərin istifadəsinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul edilib. 

Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR