Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

29-09-2019 [12:45]


Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadala xəbər verir ki, sabah havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR