Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında əlbəyaxa dava: nə və niyə baş verdi? + FOTO

img

29-09-2019 [11:13]


Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında kütləvi dava baş verib.

Mia.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib. 

O, bildirib ki, hadisə sentyabrın 28-də Biləcəri qəsəbəsində baş verib və sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir”. 

Elşad Hacıyev deyib ki ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən "102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib: 

"Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və müəyyən olunub ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü Tərtər rayon sakini Sərxan Musayev şirkət əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Polis əməkdaşları tərəflər arasında yaranan münaqişənin qarşısını alıb”. 

E.Hacıyev qeyd edib ki, hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd  və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb: "Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir”.

Bildirək ki, sosial şəbəkələrdə baş vemiş davanın videosu yayılıb. Videoda tərəflər bir-birlərini vurur və söyüşlər səsləndirirlər. Məhz küçə söyüşləri olduğundan videonu təqdim etmirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR