İcra başçısı camaatın problemlərini dinlədi, müvafiq tapşırıqlar verdi

img

28-09-2019 [14:36]


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun növbəti səyyar qəbul-görüşü Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsində yaşayan sakinlərlə 315 nömrəli tam orta məktəbin akt zalında olub.

Bu barədə İH-dən Mia.az-a verilən məlumata görə, görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən carin ilin əvvəlində qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir: "Möhtərəm Prezidentimiz İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir".

İlqar Abbasov sakinlərə Prezident İlham Əliyevin yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verdikdən sonra Suraxanı rayonunda, o cümlədən Zığ qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında danışıb. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR