İTV-də yanğın: zəhərlənənlər var + Açıqlamalar

28-09-2019 [09:36]
İctimai Televiziya və Radio Yayımları Şirkəti yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumata əsasən sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

"İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb".

***

Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən "İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən "Report”a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.

Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.

***01:31

Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən "İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın baş verib. 

Yanğın binanın 3-cü mərtəbəsindən qeydə alınıb.  

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib. 

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib/Report.


SON XƏBƏRLƏR