“Nar” tələbə və məzunlara karyera qurmaqda dəstək olur

27-09-2019 [14:15]
Hər zaman gənclərə və tələbələrin öz ixtisaslarına uyğun uğurlu karyera qurmalarına dəstək olan "Nar”, Bakı Dövlət Universitetində keçirilən karyera sərgisində iştirak edib. 

Mia.az xəbər verir ki, "Karyerada ilk addım” adı altında keçirilən əmək yarmarkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BDU-nun birgə təşkilatçılığı ilə baş tutub. "Nar” mövcud vakant iş yerləri haqqında məzun və tələbələrə məlumat verib və sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə "Nar” stendinə maraq böyük olub.

Tədbirdə tələbə və məzunlara 60 müəssisədən, ümumilikdə 360 vakant iş yeri təklif olunub. "Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir.

Qeyd edək ki, gənclərə dəstək "Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. "Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.


SON XƏBƏRLƏR