Baş nazir daha bir qərar imzaladı - Büdcə ilə bağlı

27-09-2019 [11:10]
Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

Mia.az xəbər verir ki, qərarla "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və "Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial ink şaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Bu Qərarın 1-ci hissəsində qeyd edilən layihələr "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.


SON XƏBƏRLƏR