Hokumət əlillərlə bağlı daha bir qərar verdi

img

27-09-2019 [10:28]


Nazirlər Kabineti "Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”ını təsdiqləyib.

Bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Bu standartlar özəl və bələdiyyə reabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin reabilitasiyasını özündə ehtiva etməklə, reabilitasiya tədbirlərinin əsas növlərini və qısa məzmununu müəyyən edir.

Qərara əsasən, əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılacaq. Eyni zamanda həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi özəl və reabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin özü və (və ya) onun qanuni nümayəndəsi ilə şəxsən müzakirə olunacaq və razılaşdırılacaq.

Qərarla özəl və bələdiyyə reabilitasiya subyektləri üçün tələblər də müəyyənləşib. Belə ki, özəl və bələdiyyə reabilitasiya subyektləri reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və kommunal şəraiti olan binada yerləşdiriləcək. Burada çalışan mütəxəssislər çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR