Misirdə etiraz aksiyası: 1000 nəfər saxlanıldı

img

27-09-2019 [09:09]


Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.

TASS xəbər verir ki, ölkənin 5 əyalətindəki aksiyalarla bağlı 1000 nəfər saxlanılıb və sorğu-sual edilib. Onlar mitinqlərdə iştirakda ittiham ediliblər. 

Rəsmi məlumatda bildirilir ki, saxlanılanlar arasında bir neçə xarici vətəndaş, o cümlədən hollandiyalı da var. O, mehmanxananın damında dronun köməyi ilə "Təhrir" meydanında və yaxınlıqdakı küçələrdə fotoçəkiliş aparıb. Saxlanılanlar arasında eləcə də Fələstinin "İslam cihadı" qruplaşmasının üzvü də var.

Bundan başqa, daha əvvəl həmçinin Türkiyə vətəndaşının da həbsi bildirilib. O, "Təhrir" güc strukturları bölmələrinin əməkdaşlarının fotoçəkilişini aparıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub