“Biz kiçik millət olsaq da..." - Gürcüstan prezidenti

25-09-2019 [21:12]
"Gürcüstan olduqca çətin regionda əsas sabitlik adalarından biridir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, Gürcüstan demokratik ölkələrdən biridir və iqtisadi-sosial cəhətdən inkişaf edir: "Biz kiçik millət olsaq da, həmrəyliyin vacibliyini anlayırıq. Mövqeyimizi nəzərə alaraq, biz bilirik ki, sülh olmadan qlobal çətinliklərin öhdəsindən gəlməyin mümkünsüz olduğu regionun ayrılmaz hissəsiyik”.

Dövlət başçısının sözlərinə görə, qlobal çətinliklər hərtərəfli təhlükə kimi qəbul olunacağı halda, aradan qaldırıla bilər: "Bu, heç də asan deyil. Müasir dünya olduqca mürəkkəbdir və bu dünyanın çağırışlarına reaksiya vermək də çətindir. Daha sistemli yanaşma formalaşdırmaq və bütün mənzərəni anlamağa ehtiyac var”. 

Report


SON XƏBƏRLƏR