ABŞ-ın daha bir ştatında elektron siqaretlərin satışı dayandırılıb

img

25-09-2019 [18:02]


ABŞ-da Nyu-York və Miçiqan ştatlarından sonra Massaçusets ştatında da elektron siqaretlərin satışı dayandırılıb. 

Buna səbəb ağ ciyər xəstələrinin sayının artmasıdır. 

Artıq 61 nəfər xəstəliyə tutulmasından şübhələnərək xəstəxanaya müraciət edib. Yerli hakimləri vəziyyəti elektron siqaretlərdən istifadənin genişlənməsi ilə izah edirlər. 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkənin 38 əyalətində və 1 inzibati bölgəsində "naməlum xəstəliy"ə yoluxanların sayının 530-a çatdığını bəyan edib. Xəstələrin əksəriyyəti yeniyetmələr və gənclərdir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR