Bakıda qadınlara qarşı cinayət törədən şəxsin məhkəməsi başlayır

img

25-09-2019 [17:30]


Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Arif Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Səfərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, A.Əliyev bu ilin aprel ayında saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən. əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasının aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Ona Cinayət Məcəlləsinin 180.2.2 (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR