ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

25-09-2019 [17:10]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirlib ki,"China Concord Petroleum" neft şirkəti, "Cosco Shipping Tanker" gəmiçilik şirkəti, Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş "Kunlun Holding Company" şirkətinə yeni sanksiyalar tətbiq olunub.

Xatırladaq ki, Tramp ötən gün BMT-dəki çıxışında İran və Çini əlavə sanksiya ilə hədələmişdi.

Bu gün sanksiya tətbiq olunan bu şirkətlərlə İranla yanaşı, Çinin də bağlılığı olduğu haqda məlumatlar var.


SON XƏBƏRLƏR