"Qardaşımın üzünə necə baxacam?" - 23 yaşlı qız özünü deputatın evində öldürdü

img

25-09-2019 [16:41]


AK Partiyanın İstanbul Millət vəkili Şirin Ünalın evində xadimə işləyən Özbəkistan vətəndaşı 23 yaşlı Nadirə Qədirova özünü deputatın silahı ilə ürəyindən güllələyib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, deputatın silahını hansı şəraitdə ələ keçirib, özünü öldürdüyü aydın olmasa da, N.Qədirovanın canına qıymasından əvvəl Leyla adlı yaxın rəifiqəsinə yazdığı mesaj üzə çıxıb.

O, mesajında yaşamaq istəmdəiyini bildirib: "Çox pis şeylər olur. Mən böyük qardaşım üzünə necə baxacağam? Ölmək istəyirəm". 

Maraqlıdır ki, 23 yaşlı qızın deputatın evində öplümü haqda rəsmi açıqlama verilməyib. Deputatın özü də qaranlıq məqamlara aydınlıq gətirməyib.

Bacısının nəşini Özbəkistana aparmağa gələn qardaşı Qızın qardaşı Maəhəmmədəli Qədirov isə deyib ki, bu hadisə olnlar üçün müəmmalıdır: "Bacım saat 08.48-də millət vəkili Ünala aid tapançayla ürəyinə atəş edib. O, Bilkent Xəstəxanasında saat 09.50-də ölüb. Bu intihar hadisəsi bizi təəccübləndirdi. Ekspertiza millət vəkilinin dövrəyə girməsiylə reaktiv sürətlə tamamlandı. Bu gün 22.00-da cənazəni təyyarə ilə ölkəmizə aparacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR