Deputatlar Rəfael Cəbrayılovla bağlı toplanacaq: "Sözsüz ki, onun etdiyi çox yaxşı iş deyil"

img

25-09-2019 [14:17]


Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev həmkarı Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini bildirib.

A. Əbiyev "Qafqazinfo”ya bildirib ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq: "Bundan sonra komissiyanın üzvləri yığışacaq. Məsələyə əgər bizim komissiyada baxılacaqsa, qərar qəbul olunacaq. Sözsüz ki, deputatın etdiyi çox yaxşı iş deyil. Belə etmək olmaz”.

Xatırladaq ki, Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa isə bir neçə gün əvvəl məsələ ilə bağlı saytımıza açıqlamasında deputata töhmət verilə biləcəyini bildirmişdi: "Deputat vəsiqəsi girov sayılmır ki?!  Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək”. 

Qeyd edək ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR