Nazir mərkəz direktorunu işdən çıxarıb - Müavinə yeni vəzifə verildi

img

25-09-2019 [13:33]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC-nin direktoru dəyişib. 

Mia.az "Report"a istinadla xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Niyazi Rəhimovu onun müavini Firudin Cəbrayılov əvəz edib. 

Xatırladaq ki, "Dost İş Mərkəzi" ötən il dekabrın 26-da yaradılıb. Şirkət adı çəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR