Qaxda polis əməliyyatı: Balakən sakinləri tutulublar

img

25-09-2019 [12:05]


Qax rayonunda narkotik əkən Balakən sakinləri tutulublar.

DİN-dən Mia.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabaldır kəndi ərazisində, meşə zolağında ümumi çəkisi 3 kiloqram 365 qram olan 18 ədəd çətənə bitki kolları aşkar edilib.

Həmin narkotik tərkibli çətənə kollarını əkib-yetişdirərək kultivasiya edən Balakən rayon Qazma kənd sakinləri Elman Həbilov və İlqar Qebedov saxlanılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR