Gürcüstanın gənc azərbaycanlı siyasətçisi...- ATƏT-in təşəbbüsü ilə haqqında sənədli film çəkilib

img

25-09-2019 [11:14]


Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gürcüstandakı müvəqqəti missiyasının nümayəndələri Marneuliyə səfər ediblər.

"Report”un yerli bürosu xəbər verir ki, nümayəndə heyəti Vahid Milli Hərəkat Partiyasının Marneuli təşkilatının rəhbəri Aqil Mustafayevlə görüş keçiriblər.

Görüşdə Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlıların ölkə siyasətində rolu və fəallığı müzakirə olunub.

Tərəflər eyni zamanda Gürcüstanda azərbaycanlılara məxsus milli-mədəni irsin qorunub saxlanılması məsələsi barədə də söhbət ebiblər.

Görüşdə milli azlıqların məsələləri üzrə ATƏT- in Ali Komissarlığı ofisinin siyasi müşaviri Mark Pumaqali də iştirak edib.

Marneuliyə səfər çərçivəsində ATƏT-in Gürcüstandakı müvəqqəti missiyasının təşəbbüsü ilə A.Mustafayev haqqında sənədli filmin çəkilişi də həyata keçirilib. Azərbaycanlı gənc siyasətçi 2016 -cı ildə missiyanın həyata keçirdiyi siyasi təcrübə proqramının uğurlu iştirakçısı olub.

Filimdə əsasən bir gəncin qısa müddət ərzində siyasi sahədə əldə etdiyi uğurlarından bəhs olunacaq. Sənədli film bir neçə Avropa ölkəsində, o cümlədən İsveçrədə də təqdim ediləcək.

Görüşün sonunda əcnəbi qonaqlar Azərbaycan milli mətbəxinin təamlarına qonaq ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR