DSX və DİN-dən birgə əməliyyat - Narkotiklə bağlı

25-09-2019 [10:50]
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb. 

DSX-nin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan "tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR