Ərdoğan BMT-də Qarabağdan danışdı, dünyaya od püskürdü: "Bu, qəbuledilməzdir, axı..." - TAM VİDEO

img

24-09-2019 [20:21]


Bu gün Türkiyə prezidenti Ərdoğan BMT-də çıxış edib.

Mia.az xəbər verir ki, o, dünyada müsəlmanlara qarşı ədalətsiz yanaşmanın olduğunu bildirib.

Ərdoğan Kəşmirdə, Yeni Zelendiyada, Yaxın Şərqdə, o cümlədən Fələstin və Cənubi Qafqazda baş verən toqquşmalara diqqəti çəkib.

Qarabağ münaqişəsindən danışan Ərdoğan bildirib ki, dünya digər məsələlərdə olduğu kimi, bu məsələdə də adil davranmayıb: "Azərbaycan torpağı olan Yuxarı Qarabağ və ətrafının BMT tərəfindən alınmış qərara nəzərən, hələ də işğal altında qalması qəbuledilməzdir”.

Ərdoğan daha sonra BMT-nin qətnamələrinin həyata keçirilməməsinə daha bir nümunə kimi Kəşmir problemini göstərib: "Hardadır axı bu BMT-nin Təhülkəsizlik Şurası, onun qəbul etdiyi qətnamələri? Əgər bunlar həyata keçmirsə, o zaman bu qurum hardadır? Nəyə lazımdır bu qurum?".
 
Ərdoğan çıxışında İsraili də Fələstin probleminə görə sərt üslubda ittiham edib. 

O, 1947-ci illə indiki vəziyyəti əks etdirən xəritələri göstərərək, belə deyib: "Mən maraq edirəm, bu İsrail haradadır? Bu İsrailin topraqları haraları əhatə edir? 1947-ci ildə haradaydı, 1948-67-ci illərdə sərhədləri hara çəkdilər və indi hardadır?".

Ərdoğan Fələstin probleminin həllinin 1967-ci ilə qədərki xəritə əsasında həll oluna biləcəyini deyib.

Türkiyə prezidenti Suriyada baş verənlərə də diqqəti çəkib: 

"Biz orada 30 km enində, 480 km uzunluğunda təhlükəsiz bölgə yaratmaq istəyirik. Əks halda, milyonlarla qaçqın axını olacaq. Bunu isə Türkiyə tək qarşılaya bilməz...".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR