Mehriban Əliyeva Əməkdar artistə ev verdi: "Xəstə və qoca anamın..."

img

24-09-2019 [19:35]


Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

Mia.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb:

"Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemimi - evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar.

Hamınızın arzularınıza çatması diləyi ilə".


Digər xəbərlər
SON XƏBƏRLƏR