Əfqan Muxtarlı aclıq aksiyasını dayandırdı

24-09-2019 [18:17]

16 saylı CÇM-də aclıq edən araşdırmaçı jurnalist Əfqan Muxtarlı keçirdiyi aclıq aksiyasını bu saatlarda dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı "Nida” Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli yayıb.

O bildirib ki, Əfqan Muxtarlı səhhətində yaranan problem və aclıq aksiyasını dayandırmaqla bağlı ona edilən müraciəti əsas götürüb.

Bildirək ki, Əfqan şəkərli diabetdən əziyyət çəkir. Üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi onun səhhətində ciddi problem yaradıb.

Onu da qeyd edək ki, Penitensiar Xidmət Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin cəzalandırılması üçün bu gün Vəkillər Kollegiyasına rəsmi müraciət edib



SON XƏBƏRLƏR