Həbs olunan şəxs aclıq aksiyasına başlayıb...

img

24-09-2019 [16:26]


Yeddi aydır həbsdə saxlanılan Ceyhun Qalabekov yeddi gündür ki, aclıq aksiyası keçirir.

Bu barədə onun qohumları xeberlent.az saytına məlumat veriblər.

 Bildiriblər ki, Ceyhun Qalabekov bu aksiya ilə məsələni ölkə Prezidenti İlham Əliyevin diqqətinə çatdırmaq istəyir. 

Qohumlarının sözlərinə görə, Ceyhun Qalabekov aparılan istintaqı ədalətsiz hesab etməklə 1 həftədir ki, su belə içmir.

C. Qalabekovun qohumları bildiriblər ki, o, (Bakı şəhər, "Nizami” metrostansiyasının yaxınlığında ofisi yerləşən) ELİV işə düzəltmə şirkəti vaitəsilə "RONS-Biild” MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olub, 16 gün işlədikdən sonra şirkətdəki qanunsuzluğu ifşa edərək 102-yə zəng edib və bu barədə polisə şəxsən xəbər verib ki, bu şirkətdə qanunsuzluq var, lakin nədənsə təqsirkarlar kənarda qalıb və C. Qalabekovu həbs ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR