UEFA "Qarabağ" klubuna yenə intizam işi açıb

24-09-2019 [12:50]
UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb. 

Mia.az UEFA-ya istinadla xəbər verir ki, səbəb Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Belə ki, Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər. 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq. 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl də APOEL-lə oyuna görə UEFA tərəfindən cərimələnib. 


SON XƏBƏRLƏR