“Topaz”a silahlı basqın edən şəxs həbs edildi

img

24-09-2019 [11:50]


Bakıda "Topaz”a silahlı basqın edən şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin "102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib. 

Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib. 

"İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR