Yevlaxda yol qəzası: 1 nəfər ölüb, 4 yaralı var

img

24-09-2019 [10:53]


Yevlax rayonunun Xanabad kəndində baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

Məlumata görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu(1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur/Report.

***

Yevalxda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xanabad kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR