Nazirlik Bakıda ağacın dibini betonlayan şəxsi tapıb

23-09-2019 [17:47]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.

Mia.az ETSN-ə istinadla bildirir ki, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.


SON XƏBƏRLƏR