Azərbaycan XKX-nin rəisi Kazanda: MDB təhlükəsizlik orqanları rəhbərləri toplanıb + FOTO

img

23-09-2019 [13:25]


Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin (XKX)  rəisi Orxan Sultanov Rusiyanın Kazan şəhərində keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı illik müşavirəsində iştirak edir.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, görüşdə MDB kəşfiyyat rəhbərləri daxili və xarici təhdidlərin qarşısını almaq üçün məlumat mübadiləsi mexanizmlərini, həmçinin terrorizm və ekstremizmə qarşı gələcək addımları müzakirə edəcəklər.

Müşavirənin yekununda nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumatları mübadiləsini və əməkdaşlığın forma və istiqamətlərini yaxşılaşdırmaq istəklərinin qeyd olunacağı memorandum imzalamaq niyyətindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR