Gənc qız polisi kürəyindən qayçı ilə vurdu - Salyanda sensasion olay

23-09-2019 [11:41]
Gənc qız polis əməkdaşının qanını axıdıb. 

Mia.az Criminal.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Salyan rayonunda baş verib. Rayon sakini 21 yaşlı Aytən Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovu qayçı ilə yaralayıb. İddialara görə, onlar arasında gizli münasibət olub. Lakin H.Əzizov qızla evlənməyib və ailəsi onu öz qohuna ərə verib.

Bir müddət sonra Aytən ailəsindən ayrılıb və H.Əzizova zəng edərək ona sahib çıxmasını tələb edib. Rədd cavabı aldıqda isə ona xəsarət yetirib. 

H.Əzizov sayta açıqlamasında Aytən tərəfindən ona xəsarət yetirilməsini təsdiqləyib. Bildirib ki, həmin qızın bir neçə dəfə itkin düşməsi ilə bağlı ailəsi tərəfindən Salyan Polis Şöbəsinə müraciətlər olunub: "Hadisədən əvvəl qızın yerini müəyyən edərək qardaşına xəbər verdim. Qızı aparmağa gedəndə ailəsinə onun yerini mən dediyimi bilib qayçı ilə arxadan məni vurdu. Xəsarətim ağır olmadı".   


SON XƏBƏRLƏR