"Rəisin qohum-əqrəbaları xüsusi siyahıdadır?” - Tolik BNA sədrini topa tutdu + FOTO

img

23-09-2019 [11:03]


Teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sərt tənqid edib. 

Sosial şəbəkədəKki səhifəsində post paylaşan Tolik sürücülərin tez-tez cərimə olunmasından şikayətlənib:
 
"Mənə  çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəm pulu. Elə  bilərəm, nəzir verirəm. Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin  maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”

Qeyd edək ki, bir müddət sonra Tolik həmin paylaşımı səhifəsindən silib. Sizə silinən paylaşımın fotosunu təqdim edirik:

 


Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR