Bu gün bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

23-09-2019 [10:47]
Bu gün səhər saat 09:00-dan 18:00-dək "Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu müddətdə Tovuz rayonu Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq.

Bundan başqa, "Qaz İxrac” İdarəsi səhər saatlarından bir sıra təmir işləri planlaşdırır. Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.


SON XƏBƏRLƏR