Şərif Şərifov rus idmançıya məğlub oldu, gümüş medal qazandı

img

22-09-2019 [19:15]


Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub.

İlk yarı Sadullayevin üstünlüyü ilə tamamlanıb - 3:0. İkinci hissədə də rəqibinə xal verən Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR