Cəbrayıl Həsənov final görüşündə amerikalı güləşçiyə uduzdu

22-09-2019 [17:15]
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov final görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi ABŞ təmsilçisi Kayl Deyk olub. 

Görüş ötənilki dünya çempionatında olduğu kimi, yenə Deykin qələbəsi ilə yekunlaşıb.

İlk yarıda 0:2 hesabı ilə geri düşən Həsənov ikinci hissənin əvvəlində də rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə o, 2:4 hesabı ilə uduzaraq, yenə gümüş medalla kifayətlənib.


SON XƏBƏRLƏR