Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu

22-09-2019 [13:05]
Sentyabrın 23-də günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-nə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.


SON XƏBƏRLƏR