Gülər Əhmədova namaz qılmağa başlayıb

img

23-02-2013 [05:06]


Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabiq deputatın səhhətinin günü-gündən pisləşdiyini deyib. �Artıq onda zob xəstəliyi yaranıb. Bundan başqa, dalağında da genişlənmə var. Bunun səbəbi narahatlıq və əsəbdir. İndi Gülər xanıma "sançast"da baxırlar. Bu xəstəliklərin heç birini biz özümüzdən demirik. Məsələn, zobu həkimlər onun boğazında tapdılar. Digər diaqnozları da həmçinin. Ona müalicə lazımdır" deyən vəkilin sözlərinə görə onların əsas məqsədi G.Əhmədovanın ev dustaqlığına nail olmaqdır: �Hər halda həkimlər baxıb qərarını verəcək. Müalicəsi fayda verməsə, "sançast"da qalmalıdır". Vəkildən �Gülər Əhmədova sizdən Quran istəyibmi?� sualına vəkil sabiq deputatın özündə Quran olduğunu, bundan başqa, onun təcridxanada namaz da qıldığını deyib(Müsavat).

Digər xəbərlər
SON XƏBƏRLƏR