“Sevqilim Azərbaycanda nüfuzlu ailənin oğludur”

img

08-08-2013 [16:19]


"Azərbaycanlı bir kişi ilə birlikdəyəm”. Bu barədə ölkəmizə səfəri zamanı azərbaycanlı ər axtardığını söyləyən türkiyəli müğənni Ebru Polad bildirib. Müğənni sevgilisinin ərəb olmağı ilə bağlı xəbərə belə aydınlıq gətirib: "Sevgilim ərəb deyil. Ərəb ölkəsində yaşayan azərbaycanlıdır. Sözümdə durdum, azərbaycanlı bir kişi ilə birlikdəyəm və bir-birimizi çox yaxşı anlayırıq. Təbii ki, bir-birimizi sevirik. Özü də Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur. Buradan da ailəsinin əllərindən öpürəm”.

Xatırladaq ki, Ebru Polad bir müddət öncə "Facebook” hesabında özünə Dubayda sevgili tapdığını yazmışdı: "Özümə yeni sevgili tapmışam. Dubayın ən nüfuzlu ailələrindən birinin varisidir. Onunla "Facebook”da tanış olmuşuq. Bu həftə onu ziyarət etməyə gedəcəm. Vallah xoşbəxtəm!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR