Onun sevqi məktubları

img

24-07-2013 [12:07]


Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı kitabını oxudum. Kitaba ni-yə on manat verdim, niyə oxudum, bu, kiçik sirr qalsın özümdə. Hələlik isə yal-nız onu deyə bilərəm ki, o kitabı bu yazını yazmaq üçün alıb oxumamışam. Əgər əziyyət çəkib oxumuşamsa, kitab haqqında yazmaq pis olmaz, bununlaə-günah etmiş olmaram.

Belinski deyirdi: "İstedadsız adamlar özləri haqqında yaza bilmirlər".

Bəli, bizim ölkədə bir çox məmurlar, deputatlar var ki, həm də yazmaqla məş-ğuldurlar, amma onlar nələrsə uydururlar. Ötən əsrlərə qayıdırlar, göylərə uçur-lar, qurub-quraşdırırlar. Özündən yazmaq istedad tələb etməklə bərabər, həm də cəsarət tələb edir. Bu məmur-yazıçılar da quraşdırdıqları nağılların əvəzinə özlərinin həyatlarını yazsalar, təbii ki, ortaya çox maraqlı əsərlər çıxar.

Bir qız gəlir Dostoyevskinin yanına, deyir ki, yazıçı olmaq istəyirəm, mənə məsləhət ver. Dostoyevski də deyir ki, gəl sənə yazmağın sadə qaydasını öyrə-dim, get öz həyatını yaz, sən öz həyatından maraqlı heç nə uydura bilməzsən.

Bizim məmur-yazıçılar özləri haqqında həm də ona görə yaza bilmirlər ki, bu, onlara heç sərf etmir. Halbuki şəxsən mən özüm deputat-yazarın bir gündə ba-şına nə gəldiyini məmnuniyyətlə oxuyardım. Kimlə görüşür, nə danışır, parla-mentdə nələr baş verir. Baş nazirin humanitar məsələlər üzrə müavini Elçin Əfəndiyev nağıllar uydurur. Halbuki o, özünün həyatını yazsa, camaatımız bu-nu çox maraqla oxuyar. Yazmaz, çünki sərf etmir.

Ölkəmizdə yazıçılıqla məşğul olan xeyli məmurlarımız var. Onlar da necə rüş-vət aldıqlarını, necə rüşvət verdiklərini, özlərindən vəzifəcə yüksəyin qarşısında necə yaltaqlandıqlarını, özlərindən vəzifəcə aşağıları necə alçaltdıqları haqda yazsalar, əlbəttə ki, ortaya xeyli maraqlı əsərlər çıxar. Lakin bu çətin məsələdi, çünki bu haqda yazsalar, gərək kreslolarını itirsinlər. Lermontovun təbirincə desək, məmur kürsüsündə əyləşən yaradıcı adamı iki aqibət gözləyir - ölmək və ölmək.

Tomas Vulf deyirdi: "Yaddaş yazıçının ən böyük sərvətidi". Bizim yazıçılar hətta yada salanda da yaddaşlarından özlərinə sərf edənləri seçib götürürlər. Onların yaddaşı çox çevikdir və zamana, hakimiyyətdə kimin olmasına görə asanlıqla dəyişir. Onlar elə şeyləri xatırlayırlar ki, bu, yalnız onlara sərf edir. Etiraf mədəniyyəti yoxdu. Ona görə də boz və mənasızdırlar. Xatırladıqları ma-raqsızdı. Çünki onlar öz xatirələrində də yaltaqlanmağa üstünlük verirlər. Xa-tırladıqlarını mövcud vəziyyətə uyğunlaşdırırlar. Əgər bu günlər hansı şəxs ha-kimiyyət tərəfdən arzuolunmaz şəxs sayılırsa, bizim məmur-yazarlar o adamı yaddaşdan silib atırlar. Yox, əgər bu gün kimsə hakimiyyətin sevimli adamına çevrilibsə, məmur-yazıçılar onunla bağlı mütləq nəsə xoş bir xatirə yazırlar.

xxx

"Onun sevgi məktubları" adlı əsərdə Qənirə xanım məktubları Könül adlı bir rəfiqəsinin adından yazıb. Yəni, müəllif guya Könül adlı rəfiqəsinin həyatını qeydə alıb. Əlbəttə ki, bu Könül elə Qənirə xanımın özüdür.

Süjet haqqında qısaca bunu yaza bilərik. Guya bu Könül gedir məscidə, dua edir ki, onun həyatı çox boz, monoton keçir. Mümkündürsə, Allah ona bir sev-gi göndərsin. Bu əhvalatın üstündən az keçməmiş doğrudan da Qurbanoldu-ğum Könülə bir sevgi göndərir. Amma bu sevgi qarşılıqsız olur.

Könülün iki rəfiqəsi var. Onlar da həyatda qarşılıqsız sevgiylə rastlaşıblar. Biri hətta həqiqətən sevdiyi adamı unutmaq üçün başqasına ərə getməyə məcbur olur ki, bəlkə uşaq-filan doğular və bir az rahatlaşar.

Burda zəruri bir haşiyə çıxmalıyam. Bizim ölkədə birini sevərək başqasına ərə getmək geniş vüsət alıb. Çox axmaq söhbətdi. Onlar özlərini elə göstərirlər ki, guya birini sevib başqasına ərə getməyə məcbur olublar. Elə deyil, onlar sadə-cə, ağılla seçim ediblər. Sadəcə, özlərini elə göstərirlər ki, guya həm də seviblər. Əhvalatlar quraşdırırlar. Guya həyatlarına rəng qatırlar, amma əslində səydəş-lik edirlər. Bu, heç!

İkincisi, başqasını sevirsənsə, niyə sevmədiyinə ərə gedib adamın həyatını zəhə-rə döndərməlisən? Yaxşı söhbətdi, vallah! Adam gedib əziyyət çəkib pul qaza-nacaq. Sən onun puluna geyinəcəksən, gəzəcəksən, kef edəcəksən, həm də baş-qasının dərdini çəkəcəksən. Xeyir ola? Bu, artistlikdi, özü də adamın ürəyini bulandıran bir artistlik! Bu artistliyi onlar hələ ərə getməmişdən əvvəl öyrənir-lər. Bunlarda bir xasiyyət var. Adamı harasa aparıb qəflətən kədərlənirlər. Bil-mirsən niyə kədərləndi, nə baş verdi. Demə, o, bu yerdə əvvəlki sevgilisini xa-tırlayıb. Bir müddət kədərli dayanırlar, sonra qəflətən dəli kimi gülüb deyirlər: "Fikir vermə, (bəziləri hətta sizlə danışır. Fikir verməyin) məndə hərdən belə hallar olur, emossional stabiliyim pozulub... Qısası, belə düşük-düşük söhbət-lər.

Sevgini bir çiçəyə bənzətsək, bu çiçək yol kənarında da, xaraba qalmış binanın damında da, düzdə də, zibillikdə də bitə bilər. Hamı sevə bilər. Dikatator da, aqronom da, yazıçı da, sürücü də. O cümlədən Qənirə xanım da. Lakin sevgi al-maqdan çox verməyi tələb edən bir hisdir. Azərbaycanlılar da verməkdən daha çox almağı xoşladıqlarına görə onların sevgiyə münasibəti öz xarakterlərinə uy-ğundu.

Biz "sevgiylə qarın doymaz" sözünü işlətməyi sevən bir camaatıq. Bu söz azər-baycanlıların sevgiyə səmimi münasibətidir. Lakin ortada həm də iddia var. De-məli, həm heç bir fədakarlıq etməməlisən, həm də guya özünü sevmiş kimi gös-tərməlisən. Ќəticədə ortaya sevginin imitasiyası çıxır. Hərə öz rolunu bacardığı qədər məharətlə oynayır. Ona görə də bizim insanların təbiət sevgisi, romanti-kası səmimi deyil. Onlar özlərini sadəcə romantik kimi göstərirlər.

Qayıdaq kitaba. Təsəvvür edin, Könül xanım öz sevgilisinə Qənirə Paşayeva-nın sözlərinə yazılmış mahnını göndərir. Yəni müəllif öz əsərində öz sözlərinə yazılmış mahnını əsərdəki adama göndərir. Sonra Könül xanım sevgilisinə yaz-dığı məktubda Qəbələdə keçirilən musiqi festivalından söz açır və regionların inkişafı proqramı haqqında məlumat verir, ölkəmizi regionun lider dövləti kimi qiymətləndirir.

Onu da deyim ki, Könül xanımın sevdiyi adam Türkiyə vətəndaşıdı, özü də musiqiçidi. Müəllif hətta sevgi mövzusunda yazdığı əsərdə də Azərbaycan həqi-qətlərini Türkiyə vətəndaşına çatdırmağı özünə borc bilir. Qənirə xanım hətta sevgi mövzusunda yazdığı əsərdə də öz deputat fəaliyyətini unutmur.

Kitabda bir çox yazıçıların, fikir adamlarının sevgi haqqında sözlərindən geniş istifadə olunub. Bu sözlərin çoxu yerində işlədilməyib. Hiss olunur ki, kitabı yazan kimdirsə, hətta başqalarının fikirlərindən də düz-əməlli istifadə etməyi hələ öyrənməyib.

Kitabın tən yarısı dualardan və qarğışlardan ibarətdir. Hislər var, hadisə, hərə-kət yoxdu. Ölürəm, darıxıram, havam çatmır, boğuluram, lakin biz heç cür mü-əllifin yaşayışından xəbər tuta bilmirik.

Mən bir ara girib bizim sosial şəbəkələrdə mövzular axtardım. Heç nə tapma-dım. Hislər var, hadisələr yoxdu. Səbəb yazmayıblar. Mövzu vermirlər.

Mən bu kitabı oxudum və müəllifin həqiqətən də sevdiyinə inanmadım. Onu da deyim ki, hətta Qənirə xanımın ətrafındakı adamlar da bu kitabda yazılanlara inanmırlar, nəinki inanmırlar, bu kitabda yazılanlar lətifə mövzusuna çevrilib. Hətta kitabın adını dəyişərək, "Onun sevgi məktubları" əvəzinə "Onun sevgi zı-rıltıları" qoyublar.

Çox acınacaqlı vəziyyətdi. Bunu düşmənimə də arzu etmirəm. Sevəsən və heç kim sənin sevginə inanmaya... İnanmaqları bir yana, hətta sənin sevgini lağa qoyalar. Qənirə xanım bu haqda düşünməlidi. Niyə onun sevgisinə inanan yox-du? Bəlkə o, bu vaxta qədər xeyli doğru olmayan sözlər danışıb, ona görə...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR