Şriftin ölçüsü / 1396 dəfə oxunub

Nisə Qasımova: "İndi şou-biznesdə bu cür iyrənc söz-söhbətlər gedir"

23 Iyul 2013 [15:51]

Xalq artisti Nisə Qasımova qonaq olduğu "Space” telekanalında yayımlanan "Söz-sözü gətirdi” verilişində maraqlı açıqlamalar verib. Aparıcı Kamran Həsənlinin suallarını cavablandıran müğənni həmkarlarının bostanına daş atıb.

O, özünün bütün sənətçilərdən fərqləndiyini deyib: "Səhnə maraqsızdır. İndi müğənnilərin qəlbində bir nisgil var. Heç kim istədiyi səhnəyə, yaradıcılığa sahib deyil. Biz acıq, çünki axtardığımız yoxdur. Heç bir dəvətlərə qatılmıram, çünki ikiüzlülük görmək istəmirəm. Hamı yalandan bir-birinə can deyir. Biri söyləyir ki, filankəs beş günlük konsert verib, mənim çıxışım 11 gün olmalıdır. Şou-biznesdə qondarma rəqabət gedir. Mən kənara çəkilib yenilik fikirləşirəm. Sənətdən getməyim haqda söz çıxarırlar. Getmirəm, getməyəcəm də. Nə qədər yaşayıram oxuyacam, yaradacam”.

Müğənni bağ evi olmadığını və buna görə utanmadığını deyib: "Mənim bağ evim yoxdur və bundan utanmıram. 1994-cü ildə Altıağacda ev tikdirdim. O evin təmirini bu il davam etdirirəm. Çünki mən özüm üçün yox, ailəm üçün yaşayıram. Fəxr edirəm ki, kimsə gəlib başımı sığallayıb mənə ev tikmir. Bir nəfər mənə deyirdi ki, pullu birini tap səni yaxşı saxlasın. İndi şou-biznesdə bu cür iyrənc söz-söhbətlər gedir”.


SON XƏBƏRLƏR