Azərbaycan Ordusunun hərbçisi həlak olub - MN-dən açıqlama

21-09-2019 [17:12]
Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!


SON XƏBƏRLƏR