İcra başçısı sakinlərlə görüşdü, müvafiq tapşırıqlar verdi - FOTOLAR

img

21-09-2019 [14:19]


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yaşayan sakinlərlə 208 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü keçirilib

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasıyasının sektor müdiri Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tam dolğunluğu ilə məlumat verilib.

Sonra Suraxanı rayonunda, o cümlədən Bülbülə qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.










Digər xəbərlər
SON XƏBƏRLƏR