Tokio olimpiadasına lisenziya qazanan Şərif Şərifov: "Hədəfim ikiqat dünya çempionluğudur"

img

21-09-2019 [14:25]


"Yarımfinaladək yüksələrək lisenziyanı əldə etdim. Hədəfim isə ikiqat dünya çempionluğudur".

Bu fikirləri Qazaxıstanda keçirilən dünya çempionatında Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov "Report"un yarış üçün Nur-Sultana ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 

31 yaşlı idmançı bunun üçün bütün imkanlarının olduğunu bildirib. 97 kq çəki dərəcəsində yarışan güləşçi deyib ki, hazırda özümü yaxşı səviyyədə hiss edir: "Hazırda yarımfinal görüşünə hazırlaşıram. İlkin hədəfim lisenziya qazanmaq idi, əldə etdim. İmkan olsa, dünya çempionluğunu da əldə etmək istəyirəm. Buna mane olacaq problemim yoxdur. Qarşılaşmalarıma gəldikdə, cənubi koreyalı rəqibim elə də tanınmış güləşçi deyildi. Sonra isə nisbətən tanınmış ukraynalı və gürcüstanlı rəqiblərimi üstələdim. Minimum hədəfim lisenziya götürmək idi. İkiqat dünya çempionu olmağım da mümkündür. Çalışacağam ki, buna da nail olum".

Şərifov ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayderlə keçirəcəyi yarımfinal qarşılaşması barədə də danışıb: "Onun 1/4 final görüşünə baxmamışam. Amma bilirəm ki, özbəkistanlı Məhəmməd İbrahimovla qarşılaşmanın əvvəlində uduzurdu və sonradan vəziyyəti öz xeyrinə dəyişə bilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR