Rövnəq Abdullayev əmr verdi: dənizdə iş dayandırıldı, 500 işçi sahilə çıxarıldı

img

21-09-2019 [13:52]


Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub: "Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dənizdə hazırda dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR