Bakıda güclü külək: ETSN və BNA açıqlama yaydı

21-09-2019 [12:42]
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Mia.az BNA-a istinadla xəbər verir ki, sürücülərə və piyadalardan avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaq xahiş olunub: "Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Vurğulanır ki, sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti təşkil edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib. 

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.



SON XƏBƏRLƏR