ABŞ İranı "ürəyi"ndən vurdu - Mllli Banka sanksiya tətbiq edildi

20-09-2019 [19:32]
ABŞ hökuməti İran Milli Bankına qarşı sanksiya tətbiq edib.

Bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

O, bu sanksiyanın İrana indiyədək tətbiq olunan ən sərt məhdudlaşdırıcı tədbir olduğunu diqqətə çatdırıb.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Milli Bankın İran hökuməti üçün son vəsait mənbəyi olduğunu qeyd edib.

Qeyd edək ki, İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi/Report.


SON XƏBƏRLƏR