Prezident deputatla bağlı sərəncam verdi

20-09-2019 [18:07]
Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 


SON XƏBƏRLƏR