İki nazirlik şirkət haqda protokol yazdı

img

20-09-2019 [17:14]


Qaradağda zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Növbəti belə tədbir sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində keçirilib.

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən "Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR