“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

img

20-09-2019 [15:32]


"Nar”-ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan "Breyn Rinq”in 14-cü mövsümü start götürür. 

Mia.az xəbər verir ki, təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”, artıq 7 ildir ki, "Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34 komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-də İctima Televiziyada yayımlanacaq. İlk oyun sentyabrın 22-si start görütəcək və yanvarın əvvəlinə qədər davam edəcək.

"11 universitet və 15 region komandası da daxil olmaqla bütün komandaların bir məqsədi var. O da qalib gəlmək. İlk efirə çıxdığımız gündən verilişdə çox şey dəyişdi. Neçə yeni komanda yarandı, neçə güclü komanda dağıldı və hətta bu il studiyamız da dəyişdi. 7 ildə dəyişməyən Baş Sponsorumuz "Nar”a təşəkkür edirik!”, deyə "Breyn Rinq” yarışının aparıcısı DJ Fateh bildirib.

Qeyd edək ki, "Bilik” kuboku və "Nar” tərəfindən təsis edilmiş "Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar "Bilik” kuboku uğrunda mübarizə aparacaq. "Bilik” kubokunun qalibi ötən mövsüm "Nar” kubokunun qalibi olmuş "Nar” komandası ilə "Brain Ring 2019” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

Hər il olduğu kimi bu il də müsabiqə izləyiciləri üçün "Nar”-ın "Facebook” səhifəsində xüsusi müsabiqə keçiriləcək. "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən şəxs "Nar” tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılacaq.

Qeyd edək ki, "Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR